Yuxudan oyanarkən edilən zikrlər:
(Əlhəmdulilləhil-ləzi əhyanə bə'də mə əmatənə və ileyhin-nuşur.)
«Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır».
- (Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir, subhanallahi, vəlhəmdulilləhi, və lə iləhə illəllahu, vəllahu Əkbər, və lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim, rabbiğfirli.)
«Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Uca və Böyük Allaha aiddir! Ey Rəbbim məni bağışla!»
Əlhəmdulilləhil-ləzi afəni fi cəsədi, və raddə aleyyə ruhi, və əzinə li bizikrihi. «Bədənimə sağlamlıq verən, ruhumu mənə qaytaran və Onu yad etməyə mənə izin verən Allaha həmd olsun!»
Paltar geyinərkən edilən dua:
(Əlhəmdulilləhil-ləzi kəsani həzə (səubə) və razəqənihi min ğeyri haulin minni və lə quvvətin.) «Bunu (bu paltarı) mənə geyindirən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!»
Paltarı soyunarkən nə deyilir:
(Bismilləh!) «Allahın adı ilə!»
Ayaqyoluna girərkən edilən dua:
(Allahummə inni əuzu bikə minəl-xubsi vəl-xəbais.) «Allahım! Şərdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə pənah aparıram!»
Ayaqyolundan çıxarkən edilən dua:
(Ğufranəkə) «(Allahım!) Məni bağışla!»
Dəstəmazdan əvvəl edilən zikr:
(Bismilləh!) «Allahın adı ilə!»
Dəstəmazdan sonra edilən zikr:
- (Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu.)
«Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!»
- (Allahumməc'alni minət-təvvabinə vəc'alni minəl-mutətahhirin.)
«Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!»
- (Subhanəkəllahummə və bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə və ətubu ileyk.)
«Allahım! Sən pak və müqəddəssən! Sənə həmd olsun. Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm».
Yeməyə başlayarkən edilən dua:
«Sizlərdən biri yemək yeməyə başlayarkən:
- (Bismilləh!)
«Allahın adı ilə!» desin. Əgər əvvəldə bunu unutsa, onda:
- (Bismilləhi fi əvvəlihi və axirihi!)
«Əvvəldə də, axırda da Allahın adı ilə!» desin.
Qoy Allahın yemək verdiyi kimsə desin:
- (Allahummə, barik lənə fihi vət'imnə xeyran minhu.)
«Allahım! Bunu bizim üçün bərəkətli et və bizə bundan daha xeyirlisini nəsib et!» Allahın süd nəsib etdiyi kimsə isə desin:
- (Allahummə, barik lənə fihi və zidnə minhu.)
«Allahım! Bunu bizim üçün bərəkətli et və bizə bundan artığını nəsib eylə!»
Yeməkdən sonra edilən dua:
- (Əlhəmdulilləlil-ləzi ət'aməni həzə və razəqənihi min ğeyri həulin minni və lə quvvə.)
«Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!»
- (Əlhəmdulilləhi həmdən, kəsiran, tayyibən, mubarəkən fihi, ğeyra məkfiyyin, və lə muvəddəin, və lə mustəğnə anhu rabbənə.)
«Allaha həmd olsun! (Özü də) çoxlu, xoş, mübarək, (sonsuz),ardı-arası kəsilməyən, hər kəsin möhtac olduğu bir həmd!»
Evdən çıxarkən edilən zikr:
- (Bismilləh, təvəkkəltu aləllahi və lə həulə və lə quvvətə illə billəh.)
«Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allaha aiddir!»
- (Allahummə inni əuzu bikə ən ədillə, əu udallə, əu əzillə, əu uzəllə, əu əzlimə, əu uzləmə, əu əchələ, əu yuchələ aleyyə.)
«Allahım! Doğru yoldan azmaqdan və ya azdırılmaqdan, çaşmaqdan və ya çaşdırılmaqdan, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cahil olmaqdan və ya mənə qarşı cahillik edilməsindən Sənə pənah aparıram».
Evə girərkən edilən zikr:
(Bismilləhi vələcnə və bismilləhi xaracnə və aləllahi Rabbinə təvəkkəlnə.) «Allahın adı ilə girdik, Allahın adı ilə çıxdıq və Rəbbimiz olan Allaha təvəkkül etdik!» Sonra ailəsinə salam versin.
Azan zikrləri:
(Azan eşidildikdə) müəzzinin dedikləri təkrar olunmalıdır. Yalnız:
- (Hayyə aləs-saləh! Hayyə aləl-fələh!)
«Namaza tələsin!», «Nicat tapmağa tələsin!» ifadələrinin hər biri:
- (Lə həulə və lə quvvətə illə billəh!)
«Qüdrət və güc yalnız Allaha aiddir!» ifadəsi ilə əvəz edilməlidir.
- (Və ənə əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu. Radıtu billəhi Rabbən və bi Muhəmmədin rasulən və bil-isləmi dinən.)
«Mən də şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Allahın Rəbb, Muhəmmədin elçi və İslamın din olduğundan razıyam!» Bu, müəzzinin şəhadət gətirməyinin ardınca deyilir.
Azanı eşidib müəzzinin dediklərini axıra qədər təkrar edən şəxs söylədiklərini bitirdikdən sonra Peyğəmbərə salavat gətirməlidir. Sonra da bu duanı oxumalıdır: (Allahummə Rabbə həzihid-də'vətit-təmmə vəs-səlatil qaimə əti Muhəmmədən əl-vasılətə vəl-fadılətə, vəb'ashu məqamən məhmudənilləzi va'adtəhu.) «Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır».
Azan və iqamə arasında özü üçün dua edir. Çünki bu vaxt edilən dua cavabsız qalmır.
Namazdan sonrakı zikrlər:
- (Əstəğfirullah (üç dəfə)! Allahummə Əntəs-səlam və minkəs-səlam təbarəktə ya zəl-cəlali vəl-ikram.)
«Allahdan bağışlanma diləyirəm!» «Allahım! Salam Sənsən və əmin-amanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan».
- (Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Allahummə, lə maniə limə ə'taytə və lə mu'tiyə limə mənə'tə və lə yənfəu zəl-cəddi minkəl-cəddi.)
«Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz».
- (Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Lə həulə və lə quvvətə illə billəh. Lə iləhə illəllahu, və lə nə'budu illə iyyah. Ləhun-ni'mətu və ləhul-fədlu və ləhus-sənaul-həsənu. Lə iləhə illəllahu muxlisinə ləhud-dinə və ləu kərihəl-kafirun.)
«Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allaha aiddir! Allahdan başqa məbud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!»
- (Subhanəllahi, vəlhəmdulilləhi, vəllahu əkbər (otuz üç dəfə)! Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir.)
«Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allah Böyükdür!» «Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»
Hər (vacib) namazdan sonra: «De: «O Allah Təkdir!», «De: «Sığınıram sübhün Rəbbinə!», «De: «Sığınıram insanların Rəbbinə!» (əl-İxlas, əl-Fələq və ən-Nas surələrini bir dəfə) oxumaq.
- (Qul huvəllahu əhəd. Allahus-saməd. Ləm yəlid vələm yuləd, vələm yəkul-ləhu kufuvən əhəd.)
«De: «O Allah Təkdir! Allah (heç kəsə, heç nəyə) Möhtac deyildir (əksinə, hər bir məxluq Ona möhtacdır). O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!»
- (Qul əu'zu birabbil-fələq. Min şərri mə xaləq. Və min şərri ğasiqin izə vəqab. Və min şərrin-nəffasati fil uqəd. Və min şərri hasidin izə həsəd.)
«De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin (gecənin)şərindən, düyünlərə yüngülvari tüpürən (cadugər) qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!»
- (Qul əu'zu birabbin-nas. Məlikin-nas. İlahin-nas. Min şərril-vəsvasil-xənnas. Əlləzi yuvəsvisu fi sudurin-nas. Minəl-cinnəti vən-nas.)
«De: «Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların Tanrısına! Vəsvəsə verənin,(Allahın adı çəkiləndə isə) geri çəkilənin (şeytanın) şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!»
Hər (vacib) namazdan sonra Kursi ayəsini (əl-Bəqərə, 255) oxumaq.
- (Allahu lə iləhə illə huvəl-həyyul-qəyyum. Lə tə'xuzuhu sinətun vələ nəum. Ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yəşfə'u indəhu illə bi iznihi, yə'ləmu mə beynə əydihim və mə xalfəhum. Və lə yuhitunə bişeyin min ilmihi illə bimə şəə. Vəsia kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.)
«Allah! Ondan başqa (ibadətə layiq olan) tanrı yoxdur, (əbədi) Yaşayandır, Qəyyumdur (kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır). Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər» O, onların (yaranmışların) önlərində və arxalarında olanı (nə olub, nə olur və nə olacağını) bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»
- (Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, yuhyi və yumitu və huvə alə kulli şeyin qadir.)
«Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür. O hər şeyə Qadirdir!» Bu zikri məğrib və sübh namazlarından sonra on dəfə oxumaq müstəhəbdir.
- (Allahummə, inni əs'əlukə ilmən nafiən və rizqan tayyibən və əmələn mutəqabbələn.)
«Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!» Bu dua sübh namazının salamından sonra oxunur.
Səhər və axşam zikrləri:
- (Əlhəmdulilləhi vəhdəhu vəs-salatu vəs-səlamu alə mən lə nəbiyyə bə'dəhu.)
«Bir olan Allaha həmd olsun! Özündən sonra Peyğəmbər olmayan kimsəyə (Muhəmmədə) salavat və salam olsun!»
(Əuzu billəhi minəş-şeytanir-rəcim) deyib Kursi ayəsini bir dəfə oxumaq.
- (Allahu lə iləhə illə huvəl-həyyul-qəyyum. Lə tə'xuzuhu sinətun vələ nəum. Ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yəşfə'u indəhu illə bi iznihi, yə'ləmu mə beynə əydihim və mə xalfəhum. Və lə yuhitunə bişeyin min ilmihi illə bimə şəə. Vəsia kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.)
«Allah! Ondan başqa (ibadətə layiq olan) tanrı yoxdur, (əbədi) Yaşayandır, Qəyyumdur (kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır). Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər» O, onların (yaranmışların) önlərində və arxalarında olanı (nə olub, nə olur və nə olacağını) bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»
əl-İxlas, əl-Fələq və ən-Nas surələrini üç dəfə oxumaq.
- (Qul huvəllahu əhəd. Allahus-saməd. Ləm yəlid vələm yuləd, vələm yəkul-ləhu kufuvən əhəd.)
«De: «O Allah Təkdir! Allah (heç kəsə, heç nəyə) Möhtac deyildir (əksinə, hər bir məxluq Ona möhtacdır). O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!»
- (Qul əu'zu birabbil-fələq. Min şərri mə xaləq. Və min şərri ğasiqin izə vəqab. Və min şərrin-nəffasati fil uqəd. Və min şərri hasidin izə həsəd.)
«De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin (gecənin)şərindən, düyünlərə yüngülvari tüpürən (cadugər) qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!»
- (Qul əu'zu birabbin-nas. Məlikin-nas. İlahin-nas. Min şərril-vəsvasil-xənnas. Əlləzi yuvəsvisu fi sudurin-nas. Minəl-cinnəti vən-nas.)
«De: «Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların Tanrısına! Vəsvəsə verənin,(Allahın adı çəkiləndə isə) geri çəkilənin (şeytanın) şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!»
- (Əsbəhnə və əsbəhəl-mulku lilləh, vəlhəmdulilləh. Lə iləhə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Rabbi əs'əlukə xeyrə mə fi həzəl-yəumi və xeyrə mə bə'dəhu, və əuzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə'dəhu. Rabbi əuzu bikə minəl-kəsəli və suil-kibəri. Rabbi əuzu bikə min əzabin fin-nari və əzabin fil-qabr.)
(Axşam isə: (Əsbəhnə və əsbəhəl-mulku lilləh) əvəzinə (Əmsəynə və əmsəl-mulku lilləh; (Rabbi əs'əlukə xeyrə mə fi həzəl-yəumi və xeyrə mə bə'dəhu, və əuzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə'dəhu) əvəzinə (Rabbi əs'əlukə xeyrə mə fi həzihil-leylə və xeyrə mə bə'dəhə, və əuzu bikə min şərri mə fi həzihil-leylə və şərri mə bə'dəhə) deyilir.) «Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha həmd olsun! Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Ey Rəbbim! Səndən bu günün xeyrini və bundan sonrakı xeyri diləyirəm. Bu günün şərindən və bundan sonrakı şərdən Sənə sığınıram. Ey Rəbbim! Tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram. Ey Rəbbim! Cəhənnəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram!»
- (Allahummə, bikə əsbəhnə, və bikə əmsəynə, və bikə nəhyə, və bikə nəmutu, və ileykən-nuşur.) Axşam isə belə deyilir: (Allahummə, bikə əmsəynə, və bikə əsbəhnə, və bikə nəhyə, və bikə nəmutu, və ileykəl-məsir.)
«Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir!»
- (Allahummə, əntə rabbi lə iləhə illə əntə, xaləqtəni və ənə abdukə, və ənə alə ahdikə və və'dikə məs-tətə'tu, əuzu bikə min şərri mə sanə'tu. Əbu'u ləkə bini'mətikə aleyyə, və əbu'u bizənbi. Fəğfirli fə innəhu lə yəğfiruz-zunubə illə əntə.)
«Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!»
- (Allahummə, əsbəhtu uşhidukə bə uşhidu həmələtə arşikə və məlaikətəkə və cəmia xalqikə ənnəkə əntəllahu lə iləhə illə əntə vəhdəkə lə şərikə ləkə və ənnə Muhəmmədən abdukə və rasulukə.) (Dörd dəfə)
Axşam isə: (Allahummə inni əsbəhtu...) əvəzinə (Allahummə inni əmsəytu...) deyilir. «Allahım! Sənin Özündən başqa məbud olmayan, Tək və şəriksiz Allah olduğuna, Muhəmmədin Sənin qulun və rəsulun olduğuna Səni, Ərşini daşıyanları, mələklərini və bütün yaratdıqlarını şahid tutaraq səhərə çıxdım!»
- (Allahummə, mə əsbəhə bi min ni'mətin əu biəhədin min xalqikə fə minkə vəhdəkə lə şərikə ləkə fələkəl-həmdu və ləkəş-şukru.)
Axşam isə: (Allahummə mə əsbəhə bi...) əvəzinə (Allahummə mə əmsə bi...) deyilir. «Allahım! Mənim və ya yaratdıqlarından hər birinin yanında səhərə çıxan hər nemət Səndəndir. Təksən, şərikin yoxdur. Həmd Sənədir, şükür Sənədir!»
- (Allahummə, afini fi bədəni. Allahummə, afini fi səm'i. Allahummə, afini fi bəsari. Lə iləhə illə ənt. Allahummə, inni əuzu bikə minəl-kufri vəl-fəqri, və əuzu bikə min əzabil-qabri, lə iləhə illə ənt.) (üç dəfə)
«Allahım! Bədənimi sağlam et! Allahım! Qulağımı sağlam et! Allahım! Gözümü sağlam et! Səndən başqa məbud yoxdur. Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığınıram. Qəbir əzabından Sənə sığınıram. Səndən başqa məbud yoxdur!»
- (Həsbiyəllahu lə iləhə illə huvə aleyhi təvəkkəltu və huvə rabbul-arşil-azim.) (yeddi dəfə)
«Allah mənə yetər! Ondan başqa məbud yoxdur. Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!»
- (Allahummə, inni əs'əlukə afvə vəl-afiyətə fid-dunya vəl-axirə. Allahummə, inni əs'əlukə afvə vəl-afiyətə fi diyni və dunyayə və əhli və mali. Allahumməstur aurati və amin rauati. Allahumməhfəzni min beynə yədeyyə və min xalfi və an yəmini və an şimali və min fəuqi və əuzu biazəmətikə ən uğtalə min təhti.)
«Allahım! Dünyada və Axirətdə Səndən əfv və sağlamlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və sağlamlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan xatircəm et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram!»
- (Allahummə, aliməl-ğeybi vəş-şəhadəti, fatirəs-səmavati vəl-ard. Rabbə kulli şeyin və məlikəhu. Əşhədu ən lə iləhə illə ənt. Əuzu bikə min şərri nəfsi və min şərriş-şeytani və şirkihi, və ən əqtərifə alə nəfsi suən əu əcurrəhu ilə muslim.)
«Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və onun şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!»
- (Bismilləhil-ləzi lə yədurru məa ismihi şeyun fil-ardı və lə fis-səmai və huvəs-səmiul-alim.)(üç dəfə)
«Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə heç bir şey yerdə və göydə zərər verə bilməz. O, Eşidəndir, Biləndir!»
- (Raditu billəhi rabbən, və bil-islami dinən, və bi Muhəmmədin nəbiyyən) (üç dəfə)
«Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razıyam!»
- (Ya həyyu, ya qəyyum! Birahmətikə əstəğisu, əslih li şə'ni kulləhu və lə təkilni ilə nəfsi tarfətə ayn.)
«Ey Yaşayan, ey Qəyyum! Mərhəmətinlə kömək diləyirəm. Bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!»
- (Əsbəhnə və əsbəhəl-mulku lilləhi rabbil aləmin. Allahummə, inni əs'əlukə xeyrə həzəl-yəumi: fəthəhu və nəsrəhu və nurəhu və bərəkətəhu və hudahu və əuzu bikə min şərri mə fihi və min şərri mə bə'dəhu.)
«Səhərə çıxdıq, hökm də aləmlərin Rəbbi Allahın olaraq səhərə çıxdı. Allahım! Səndən bu günün xeyrini « qələbəsini, zəfərini, nurunu, bərəkətini və hidayətini diləyirəm. Ondakı şərdən və ondan sonrakı şərdən Sənə sığınıram!»
- (Əsbəhnə alə fitratil-islami, və alə kəlimətil-ixlasi, və alə dini nəbiyyinə Muhəmmədin və alə milləti əbinə İbrahimə hənifən muslimən və mə kənə minəl-muşrikin.) Axşam isə: (Əsbəhnə alə fitrətil-islami...) əvəzinə (Əmsəynə alə fitrətil-islami...) deyilir.
«İslam fitrətində, ixlas kəlməsində, Peyğəmbərimiz Muhəmmədin dinində, hənif (ixlasla Allaha ibadət edən), müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin millətində olaraq səhərə çıxdıq!»
- (Subhanəllahi və bihəmdihi.) (yüz dəfə)
«Allah pak və müqəddəsdir! Allaha həmd olsun!»
- (Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir!) (on dəfə) yaxud (tənbəllik üz verdikdə bir dəfə)
«Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»
- (Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir!) (səhər yüz dəfə)
«Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»
- (Subhənəllahi və bihəmdihi, adədə xalqihi, və rida nəfsihi, və zinətə arşihi, və midadə kəlimətihi.) (səhər üç dəfə)
«Yaratdıqlarının sayı, Özündən razı olduğu, Ərşinin ağırlığı və kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik!»
- (Allahummə, inni əs'əlukə ilmən nafiən və rizqan tayyibən və əmələn mutəqabbilən.) (hər səhər)
«Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!»
- (Əstəğfirullahə və ətubu ileyh.) (gün ərzində yüz dəfə)
«Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!»
- (Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq.) (axşam üç dəfə)
«Yaratdıqlarının şərindən Allahın tam kəlmələrinə sığınıram!»
- (Allahummə, salli və səllim alə nəbiyyinə Muhəmməd!) (on dəfə)
«Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!»
Yatağa girərkən oxunan zikrlər:
«Peyğəmbər səllallahu aleyhi və səlləm hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora «De: «O Allah Təkdir!», «De: «Sığınıram sübhün Rəbbinə!», «De: «Sığınıram insanların Rəbbinə!» oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi».
Yatağa uzananda Kursi ayəsini oxumaq lazimdir:
- (Allahu lə iləhə illə huvəl-həyyul-qəyyum. Lə tə'xuzuhu sinətun vələ nəum. Ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yəşfə'u indəhu illə bi iznihi, yə'ləmu mə beynə əydihim və mə xalfəhum. Və lə yuhitunə bişeyin min ilmihi illə bimə şəə. Vəsia kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.)
«Allah! Ondan başqa (ibadətə layiq olan) tanrı yoxdur, (əbədi) Yaşayandır, Qəyyumdur (kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır). Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər» O, onların (yaranmışların) önlərində və arxalarında olanı (nə olub, nə olur və nə olacağını) bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»
- (Amənər-rəsulu bimə unzilə ileyhi min rabbihi vəl muminun. Kullun amənə billəhi və məlaikətihi və kutubihi və rusulihi, lə nufərriqu beynə əhədin min rusilihi. Və qalu səmi'na və ətə'nə ğufranəkə rabbənə və ileykəl-məsir. Lə yukəllifullahu nəfsən illə vus'əhə ləhə mə kəsəbət və aleyhə məktəsəbət. Rabbənə lə tuaxiznə in nəsinə əu əxtə'nə. Rabbənə və lə təhmil aleynə isran kəmə həməltəhu aləlləzinə min qablinə. Rabbənə və lə tuhəmmilnə mə lə taqətə lənə bihi, və'fu annə vəğfir lənə vərhəmnə əntə məulanə fənsurnə aləl-qəumil-kafirin.)
«(Allahın göndərdiyi) Elçi öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (buna iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, Onun Kitablarına və Onun elçilərinə iman gətirdilər. (Onlar dedilər): «Biz Onun elçiləri arasında fərq qoymuruq!» Onlar dedilər: «Eşitdik və itaət etdik! Səndən bağışlanma diləyirik ey Rəbbimiz və Sənədir dönüş!» Allah hər kəsi yalnız onun (həmin şəxsin) qüvvəsi çatdığı qədər yükləyər. (Hər kəsin) qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) onun əleyhinədir. «Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayanı da bizə yükləmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Hamimizsən! Kafir camaata qələbə çalmaqda bizə yardım et!» (əl-Bəqərə, 285-286)
- (Bismikə rabbi vəda'tu cənbi və bikə ərfəuhu. Fə in əmsəktə nəfsi fərhəmhə və in ərsəltəhə fəhfəzhə bimə təhfəzu bihi ibadəkəs-salihin.)
«Ey Rəbbim! Sənin adınla böyrümü yerə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru!»
- (Allahummə, innəkə xaləqtə nəfsi, və əntə təvəffahə, ləkə məmatuhə və məhyahə, in əhyəytəhə fəhfəzhə, və in əməttəhə fəğfir ləhə. Allahummə, inni əs'əlukəl-afiyə.)
«Allahım! Canımı Sən yaratdın, Sən də onu alacaqsan. Onu öldürmək də, diriltmək də Sənə aiddir. Onu diriltsən, qoru, öldürsən, bağışla! Allahım! Səndən sağlamlıq diləyirəm!»
- (Allahummə, qini əzabəkə yəumə təb'asu ibadəkə.) (üç dəfə)
«Allahım! Bəndələrini dirildəcəyin gün məni Öz əzabından qoru!»
- (Bismikə, Allahummə əmutu və əhya.)
«Allahım! Sənin adınla ölür və dirilirəm!»
Otuz üç dəfə təsbih (Subhanəllah!) otuz üç dəfə təhmid (əlhəmdulilləh!) otuz dörd dəfə təkbir (Allahu Əkbər) demək.
- (Allahummə, rabbəs-səmavatis-səb'i və rabbəl-arşil-azim. Rabbənə və rabbə kulli şeyin, faliqal-həbbi vən-nəva, munzilət-təurati vəl-incili vəl-furqan. Əuzu bikə min şərri kulli şeyin əntə axizun binasiyətihi. Allahummə, əntəl-əvvəlu fə leysə qabləkə şeyun, və əntəl-axiru fə leysə bə'dəkə şeyun, və əntəz-zahiru fə leysə fəuqakə şeyun, və əntəl-batinu fə leysə dunəkə şeyun, iqdi annəd-deynə və əğninə minəl-fəqri.)
«Allahım! Yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi, Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şeyin şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!»
- (Əlhəmdulilləhil-ləzi ət'amənə və səqanə və kəfanə və əvanə, fə kəm minmən lə kafiyə ləhu və lə mu'viyə.)
«Bizi yedirdən, içirdən, qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun! Qoruyanı və sığınacaq verəni olmayan neçə-neçə kimsələr vardır!»
- (Allahummə, aliməl-ğeybi vəş-şəhadəti, fatirəs-səmavati vəl-ard. Rabbə kulli şeyin və məlikəhu. Əşhədu ən lə iləhə illə ənt. Əuzu bikə min şərri nəfsi və min şərriş-şeytani və şirkihi, və ən əqtərifə alə nəfsi suən əu əcurrəhu ilə muslim.)
«Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və onun şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!»
Peyğəmbər səllallahu aleyhi və səlləm «əs-Səcdə» və «əl-Mulk» surələrini oxuyardı.
- (Allahummə, əsləmtu nəfsi ileykə, və fəvvədtu əmri ileykə, və vəccəhtu vəchi ileykə, və əlcə'tu zahri ileykə, rağbətən və rahbətən ileyk. Lə məlcə'ə və lə məncə'ə minkə illə ileyk. Aməntu bikitabikəl-ləzi ənzəltə və binəbiyyikəl-ləzi ərsəltə.)
«Allahım! Sənə ümid edərək və qorxaraq canımı Sənə təslim etdim, işimi Sənə həvalə etdim, üzümü Sənə çevirdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!»
|