RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
Allah-taala müqəddəs Qur`anda buyurur:
إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَ الأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ...
"Hәqiqәtәn, Allah yanında, göylәr vә yeri yaradarkәn ilahi kitabda mövcud olan ayların sayı on ikidir. Onların dördü haram aylardır”. (Tövbә surәsi, 36-cı ayә)
«Qәmәri ayları»
Bildiyiniz kimi, hicri-qәmәri tәqviminin әsası, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Mәkkәdәn Mәdinә şәhәrinә hicrәt etmәsi ilә qoyulmuşdur.
Qәmәri tәqvimi aşağıda qeyd olunan on iki aydan tәşkil olunmuşdur:
1-Mәhәrrәm;
2-Sәfәr;
3-Rәbiül-әvvәl;
4-Rәbiüs-sani;
5-Cәmadiül-әvvәl;
6-Cәmadiüs-sani;
7-Rәcәb;
8-Şәban;
9-Ramazan;
10-Şәvval;
11-Zilqәdә;
12-Zilhəccә.
Qeyd etmәk lazımdır ki, Tövbә surәsinin 36-cı ayәsindә sözügedən «dörd haram aylar”dan mәqsәd, aşağıdakılardır:
1-Zilqәdә;
2-Zilhiccә;
3-Mәhәrrәm;
4-Rәcәb.
Müqəddəs İslam şәriәtinin göstәrişinә әsasәn bu dörd ayda müharibәyә başlamaq qadağandır. Elə buna görə də bu aylara «dörd haram ay» adı verilmişdir.
Hәmçinin, qeyd etmәk lazımdır ki, qәmәri tәqvimi, Mәhәrrәm ayı ilә başlanır vә Zilhəccә ayı ilә sona yetir.
Məhərrəmin 1 - Hicri-qәmәri ilinin başlanğıcı;
Məhərrəmin 9 - Tasua günü;
Məhərrəmin 10 - Aşura günü; İmam Hüseyn (әleyhis-salam)-ın şәhid edildiyi gün;
Məhərrəmin 12 - İmam Zeynül-Abidin (әleyhis-salamın)-ın şәhid olduğu gün;
Məhərrəmin 25 - Digər rәvayәtә görә, İmam Zeynül-Abidin (әleyhis-salam)-ın şәhid olduğu gün.
Səfərin 3 - İmam Mәhәmmәd Baqir (әleyhis-salam)-ın anadan olduğu gün;
Səfərin 7 - İmam Kazim (әleyhis-salam)-ın anadan olduğu gün;
Səfərin 20 - İmam Hüseyn (әleyhis-salam) vә Kәrbәla şәhidlәrinin qırxı;
Səfərin 28 - İslam Peyğәmbәri hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm)-in vәfatı günü; İmam Həsən Müctәba (әleyhis-salam)-ın şәhid olduğu gün;
Səfərin 30 - İmam Rza (әleyhis-salam)-ın şәhid olduğu gün;
Rəbiül-əvvəlin 1 - İslam peyğәmbәrinin Mәkkәdәn Mәdinәyә hicrәt etdiyi gün;
Rəbiül-əvvəlin 8 - İmam Həsən Әsgәri (әleyhis-salam)-ın şәhid olduğu gün;
Rəbiül-əvvəlin 17 - İslam Peyğәmbәri hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm)-in anadan olduğu gün; İmam Cә’fәr Sadiq (әleyhis-salam)-ın doğulduğu gün;
Rəbiüs-əvvəlin 8 - İmam Həsən Әsgәri (әleyhis-salam)-ın anadan olduğu gün;
Rəbiüs-əvvəl 10 - Hәzrәt Mә’sumә (әlәyha salam)-ın vәfatı günü;
Cəmadiüs-saninin 20-Hәzrәt Fatimə (әlәyha salam)-ın anadan olduğu gün; (Qadınlar günü)
Rəcəbin 1 - İmam Məhәmmәd Baqir (әleyhis-salam)-ın anadan olduğu gün;
Rəcəbin 3 - İmam Hadi (әleyhis-salam)-ın şәhid olduğu gün;
Rəcəbin 10 - İmam Cavad (әleyhis-salam)-ın anadan olduğu gün;
Rəcəbin 13 - Әmirәl-mö’minin hәzrәt Әli (әleyhis-salam)-ın anadan olduğu gün;
Rəcəbin 15 - Hәzrәt Zeynәb (әlәyha salam)-ın vәfatı günü;
Rəcəbin 25 - İmam Kazim (әleyhis-salam)-ın şәhid olduğu gün;
Rəcəbin 27 - İslam Peyğәmbәri hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm)-in peyğәmbәrliyә çatdığı gün (Məb`əs bayramı).Şəbanın 3-İmam Hüseyn (әleyhis-salam)-ın anadan olduğu gün;
Şəbanın 4-Hәzrәt Әbәlfәzl (әleyhis-salam)-ın anadan olduğu gün;
Şəbanın 5-İmam Zeynül-Abidin (әleyhis-salam)-ın anadan olduğu gün’
Şəbanın 15-On ikinci İmam hәzrәt Mehdi Sahibəz-zaman (әleyhis-salam)-ın anadan olduğu gün.
Ramazanın 10-Hәzrәt Xәdicә (әleyha salam)-ın vәfatı günü;
Ramazanın 15-İmam Həsən Müctәba (әleyhis-salam)-ın anadan olduğu gün;
Ramazanın 18-Qәdr gecәsi;
Ramazanın 19-Hәzrәt Әli (әleyhis-salam)-ın yaralandığı gün;
Ramazanın 20-Qәdr gecәsi;
Ramazanın 21-Hәzrәt Әli (әleyhis-salam)-ın şәhid olduğu gün;
Ramazanın 22-Qәdr gecәsi.
Şəvvalın 1-Fitr bayramı
Şəvvalın 25-İmam Cә’fәr Sadiq (әleyhis-salam)-ın şәhid olduğu gün.
Zilqədənin 1-Hәzrәt Mә’sumә (әlәyha salam)-ın anadan olduğu gün;
Zilqədənin 11-İmam Rza (әleyhis-salam)-ın anadan olduğu gün;
Zilhiccənin 7-İmam Baqir (әleyhis-salam)-ın şәhid olduğu gün;
Zilhiccənin 9-Әrәfә günü;
Zilhiccənin 10-Qurban bayramı;
Zilhiccənin 15-İmam Hadi (әleyhis-salam)-ın anadan olduğu gün;
Zilhiccənin 18-Qәdir-Xum bayramı (hәzrәt Әli әleyhis-salamın İslam Peyğәmbәrindәn sonra İslam ümmәti üçün rәhbәr tә’yin edildiyi gün);
Zilhiccənin 24-Hәzrәt Peyğәmbәrin (s) mübahilә günü