Əl ilə görüşmək haqqda!

Hz. Muhəmməd (s): Bir - birinizlə üz - üzə gələndə, salam verib əl tutmaqla görüşün.bir - birinizdən ayrılan zaman, günahlarınızın bağışlanması arzusu ilə ayrılın."

Hz. Muhəmməd (s): " Bir - birinizlə əl verməklə görüşün, çünki əl vermək kin - kidurəti aradan götürər."

Hz. Muhəmməd (s): " Bir - birinizlə əl verməklə görüşün, bu kini aparar."

İmam Baqir (ə): "İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxan kişinin savabından daha çoxdur. bilin ki, bu əməl onların günahlarını tamamilə qurtaranadək yuyub aparar."