Elm haqqda!

Həzrət Məhəmməd (s) buyurur: ”Beşikdən qəbrədək elm axtarışında olun.”

Həzrət Məhəmməd (s) buyurur: ”Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.”

Həzrət Məhəmməd (s) buyurur: ”Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.”

Həzrət Məhəmməd (s) buyurur: ”Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.”

Həzrət Məhəmməd (s) buyurur: Hər hansı bir məclisdə oturub elmini artırmayan kəs, Allahdan uzaqlığını artırmışdır.”