Tanrıya inam!

Bir nəfər o Həzrətdən xahiş etdi ki, ona Tanrı və yaradanı tanımaq üçün yol göstərsin, Tanrının varlığını subut etmək üçün dəlil göstərsin. Həzrət onun cavabında buyurdu:
- Heç gəmiyə minmisənmi?
O şəxs cavab verdi:
- Bəli.
- Olubmu ki, sizin gəmi sınıb, sizi nicat etmək üçün başqa bir gəmi də olmayıb, özün də nicat üçün üzə bilməyibsən (yəni sənin əlin bir zahiri vasitəyə yetişməyib)?
- Bəli, olub.
- Sənin ümidin hər yerdən və hər şeydən kəsilən məqamda qəlbinin dərinliklərində elə bir ümid qaynağı olubmu ki, sənə nicat verə bilsin və təhlükəni sovuşdursun?
- Bəli, olub. Özlüyümdə belə bir hiss olub və belə bir qüdrətin varlığına ümid etmişəm ki, o, məni ölüm təhlükəsindən qurtara bilər.
İmam Sadiq (ə) buyurdu:
- Sənin qəlbində müraciət etdiyin həmin qüdrət Tanrıdır.
İnsanın aciz və həssas məqamlarda istər-istəməz üz tutub müraciət etdiyi kəs Tanrıdır. 
Təkəbbür, özünübəyənmə, adamlara və başqa zahiri vasitələrə etimad pərdələri aradan qalxdıqdan sonra insanın yardım və nicat üçün üz tutduğu böyük qüdrət Tanrıdır.
Tanrı - dünyanı yaradan, ehtiyacları ödəyən və yolda qalanlara nicat verən qüdrətdir. Bəşərin əzəli və əbədi pənahı, ümid və təsəlli qaynağı, haqq və həqiqət yoluna yönəldən böyük və ulu Tanrıdır.


Peyğəmbər!

İmam Kazim (ə): «Süffə əhli Peyğəmbərin (s) qonağı idilər. Onlar öz ev-eşiklərini tərk edib Mədinəyə hicrət etmişdilər. Allahın Peyğəmbəri (s) dörd yüz nəfər olan həmin kişiləri məscidin həyətində yerləşdirmişdi. O Həzrət (s) hər səhər və axşam onların yanına gedib salam verirdi. Bir gün onların yanına gələndə görür ki, biri ayaqqabısını yamayır, digəri paltarına yamaq vurur, bir dəstəsi də paltarlarının bitini təmizləyir.
 Allahın Rəsulu (s) hər gün onlara bir müd (müd-çəki ölçü vahididir-750 qrama bərabərdir) xurma verirdi. Onların arasından bir kişi qalxıb ərz etdi:
«Ey Allahın Rəsulu! Bizə verdiyin xurma mədəmizi yandırdı». 
Allahın Peyğəmbəri (s) buyurdu: 
«Bilin ki, əgər dünyanı sizə yedizdirə bilsəydim, bu işi görərdim. Amma məndən sonra sizlərdən sağ qalanlar səhər və axşam doyunca yemək yeyəcəklər. Hər biriniz səhər bir köynək, axşam başqasını geyinəcək və evlərinizi Kəbə evi kimi ucaldıb, bəzəyəcəksiniz». 
Bir kişi qalxıb dedi: 
«Ey Allahın Rəsulu! Mən belə günün arzusundayam! O gün nə vaxt gələcək?» Buyurdu: «Sizin bu gününüz həmin zamandan daha yaxşıdır. Əgər siz qarınlarınızı halalla doldursanız, çox güman ki, onu haramla da doldurarsınız». 


Qoca kişi və uşaqlar!

Bir qoca kişi dəstəmaz almağa məşğul idi. Amma dəstəmaz almağın düzgün tərzini bilmirdi. Imam Həsən və İmam Hüseyn (əleyhissalam) o zaman uşaq idilər. Onlar qocanın dəstəmaz almağını gördülər. Tərəddüd yeri deyildi. Məsələləri öyrətmək və nadanı düz yola hidayət etmək vacibdir. Düzgün dəstəmaz almaq tərzini qocaya öyrətmək gərəkdir. Amma əgər birbaşa ona deyilsə ki, sənin dəstəmazın düz deyil , onun xatirinə dəyməkdən əlavə, həmişəlik dəstəmazdan acı xatirəsi qalacaqdır. Bundan başqa, haradan biləsən ki, o, xatırlamanı bu özü üçün təhqir hesab etməyəcək və birdəfəlik tərslik etməyəcəkdir.Bu iki uçaq fikirləşdilər ki, dolayısı yolla bu məsələni ona aydınlatsınlar. Əvvəlcə bir – birilə mübahisəyə başladılar və qoca kişi də eşidirdi.
Biri dedi: 
"Mənim dəstəmazım səninkindən kamildir.”
Digəri dedi:
"Mənim dəstəmazımsəninkindən daha kamildir.”
Sonra razılığa gəldilər, hər ikisi kişinin hüzurunda dəstəmaz alsınlar və qoca kişi hakimlik etsin. Qoyulan qərara əməl etdilər və hər ikisi qoca kişinin qarşısında düzgün və kamil dəstəmaz aldılar. Qoca kişi haçandan – haçana başa düşdü ki, düzgün dəstəmaz necədi və ağıl ilə hər iki uşağın məqsədini dərk etdi və onların əvəzsiz məhəbbət, fərasət və qabiliyyətlərinin təsiri altına düşərək dedi:
"Sizin dəstəmazınız düzgündü . Mən nadan qoca hələ düzgün dəstəmaz ala bilmirəm babanızın ümmətinə olan məhəbbətinizə görə məni tənbih etdiniz. Təşəkkür edirəm.