Главная » FAQ [ Добавить вопрос ]

Üzərində Allahın, peyğəmbərlərin, on dörd məsumun, yəni imamların və Həzrət Fatimənin (ə) adları, Quran ayələri yazılmış kağıza hörmətsizlik etmək günahdır. Bu adlar hansı əlifba ilə yazılsa da fərq etməz. Əgər bu adların və ya Quran ayəsinin yazıldığı kağızı mütləq məhv etmək lazımdırsa, ən yaxşısı onu çürüməsi üçün torpağa basdırmaqdır. Bu kağızları yandırmaq, zibilliyə atmaq düzgün deyil, çünki hörmətsizlik və təhqir sayılır. Əgər kağızın yalnız bir küncündə müqəddəs sözlər yazılıbsa, həmin hissəni kəsib götürmək və basdırmaq lazımdır. Kağızın qalan hissəsini zibilliyə atmaq və ya yandırmaq olar.


Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır. Ümumiyyətlə, İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah sayılır və haramdır.


Təəssüf ki, əksər evlərdə bu cür hala rast gəlirik. İnsanlar Quranı dolabın yuxarısında bahalı ipək parçaya büküb saxlamaqla Müqəddəs Kitaba olan hörməti layiqincə yerinə yetirdiklərini düşünürlər. Amma Quran bükülü halda saxlanmaq, yalnız yas məclislərində oxunmaq üçün deyil, müsəlmanların daim müraciət etmələri, öyrənmələri üçün endirilib. Hədisdə deyilir ki, qiyamət günündə üç məxluq Allaha şikayət edəcək: camaatın gedib-gəlmədiyi və xarabalığa çevrilmiş məscid, oxunmayan və toz basmış Quran, cahillərin əhatəsində qalan və elmindən istifadə edilməyən alim. Ərəb dilini bilməyən adam heç olmazsa Quranın azərbaycan dilinə tərcüməsini oxuyub tanış olmalıdır. Evdəki ərəb dilində Quranı bir nəfər ruhaniyə verib xahiş etmək olar ki, bir neçə səhifə oxusun və tərcüməsini söyləsin. Ya da Quranı hər neçə vaxtdan-bir qohum-qonşuda ərəb dili bilən adama verib oxumasını xahiş etmək olar.


Qadınla kişinin dəstəmaz almaq qaydaları arasında ən ciddi fərq budur ki, qadın naməhrəm kişinin gözü qarşısında dəstəmaz ala bilməz. Çünki bu zaman örtünməsi lazım olan bəzi bədən üzvlərini (saçını, qolunu) açmalıdır. Ümumilikdə dəstəmaz əməlləri hamı üçün eynidir. Amma müstəhəbdir ki, kişilər dəstəmazda qollarını yuyarkən suyu dirsəkdən, yəni qolun çöl tərəfindən töksünlər. Amma qadınlar qolun büküldüyü yerdən, yəni içəri tərəfdən suyu tökmələri müstəhəbdir. Bir daha qeyd edirik ki, bu, vacib hökm deyil, müstəhəb (bəyənilən) işdir. Başa məsh çəkəndə qadınların saçı daha uzun olduğuna görə, saçlarını tağ ayırıb, arasına məsh çəkmələri lazımdır. Kişilər isə tağ ayırmadan da məsh çəkə bilərlər. Amma saçı çox uzun olan kişilər də gərək tağ ayırsınlar.



Əslində bunun o qədər də prinsipial fərqi yoxdur. Möhürün hər iki tərəfinin üzərinə səcdə etmək doğrudur. Amma bəzi səbəblərdən alt tərəfini çevirmək daha yaxşıdır. Çünki əvvəla, yazılı tərəfin səthi qeyri-hamar olur və alnın möhür üzərinə tam oturması daha çətindir. İkincisi, vaxt keçdikcə alındakı tərdən və nəmlikdən möhürün üzəri qaralır, bu zaman onu qaşıyıb təmizləmək lazım gəlir. Yazılı tərəfi qaşıyanda möhürün gözəlliyi pozulur, həm də hara möhürü olmasını ayırd etmək bir az çətinləşir.


Nəyi isə oxuyub yadda saxlamaq üçün ən yaxşı vaxt sübh çağıdır. Sübh azanından Günəşin doğüşüna kimi keçən vaxt zehnin açıq, hafizənin güclü olduğu müddətdir. Acqarına mütaliə etmək, dərs oxumaq yaxşıdır. Çünki toxluq insanda tənbəllik və kütlük yaradır. Kim sübh namazını və onun nafiləsini (müstəhəb namazı) qılandan sonra Bəqərə surəsinin sonuncu ayəsindən "rəbbəna la tüvaxizna” ifadəsindən başlayıb axıra kimi oxusa, həmin gün ərzində oxuyub-öyrəndiklərini yadında saxlayar. Sübh namazından sonra bu duanı oxumaq yaddası gücləndirər: "Ya həyyü ya qəyyum! Fəla yəfutü şey’ən ilmühü və la yəudühü qüvvəh” (Tərcüməsi: "Ey diri və dayanıqlı olan Allah! Heç nə Onun elmini məhv edə və heç bir qüvvə Ona ziyan yetirə bilməz”). Həftə ərzində Bələd surəsini tez-tez oxumaq, Əla surəsini yazıb öz üstündə gəzdirmək də yaxşı nəticə verir. Bunlardan əlavə bal, kərəviz yemək də hafizəni artırır. Quran oxumaq, dişləri misvak çubuğu ilə təmizləmək də hafizəni qüvvətləndirir. Həmçinin, ata-ananın sözünə baxmaq (onlarla mehriban davranmaq), həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq, gecə namazı qılmaq da tövsiyə edilib.


Namaz qılan zaman diqqəti namaza yönəltmək, kənar məsələlər haqqında düşünməmək qılınan namazın savabını artırar. Müqəddəslərimiz namaza o qədər aludə olurdular ki, ətrafda baş verənləri sanki görmürdilər. Həzrət Əlinin (ə) ayağına batmış oxu namaz əsnasında dartıb çıxaranda o həzrət heç nə hiss etməmişdi. Diqqəti namaza yönəltmək üçün namazda deyilən sözlərin (surə və zikrlərin, duaların) mənasını bilmək və bu barədə düşünmək faydalı olar. İnsan Allahın qarşısında durmağın, Onunla ünsiyyətdə olmağın məsuliyyətini dərk etməlidir. Çünki namaz möminin meracıdır, sanki Allahla söhbətidir. Namazın hikməti barədə kitablar oxumaq, Allahın böyüklüyü barədə düşünmək, bütün dünyəvi problemlərin Allah sevgisi qarşısında cılız olduğunu unutmamaq, bütün çətinlikləri Allaha təvəkküllə həll etməyin mümkünlüyünə inanmaq da bu baxımdan faydalıdır. Dualarınızda da diqqətinizin artmasını Allahdan istəyə bilərsiniz.


Məlumdur ki, orucun su və xurma ilə açılması Ramazan qaydalarından biridir. Belə ki, mütəxəssislər xurmanın tərkibinin şəkər, fibrin zülalı, karbohidrat, dəmir və magneziumdan ibarət olduğunu bildirirlər. Quru xurmada isə şəkərin miqdarı 75-80% təşkil edir. Xurma bağırsaqların normal fəaliyyətinə kömək edir. Tərkibində dəmir olduğu üçün anemiya xəstələrinə daha çox məsləhət görülür. Ancaq həddindən artıq istifadə edildikdə qanda şəkərin sürətlə artmasına səbəb olur. İftar zamanı 1-2 ədəd xurma yemək daha münasibdir.


Aclıq, bütün dinlərdə, o cümlədən yəhudi, xristian və islam kimi dinlərin əsas təməllərindən və vaciblərindən hesab olunur. İnsanın nəfsi cəhətdən təkmilləşməsində və Allahı tanımasında çoxlu faydalara malikdir. Orucluq zamanı aclığın fiziki və mənəvi faydaları haqqında müxtəlif mənbələrdə mətnlər mövcuddur. Bizim müqəddəslərimizin kəlamında isə onun daha dolğun dəyərləri əks olunur. Həzrət Əli ələyhis-salam buyurub: "Aclıq çəkmək, paklıq üçün necə də yaxşıdır!" Başqa bir kəlamda: "Aclıq çəkmək, nəfsin dönüklüyünü və onun adətlərini sındırmaq üçün necə də yaxşıdır!" Me`rac hədisində Allahın Peyğəmbərindən (səlləllahu ələyhi və alih) belə nəql olunub: "Şeytan, Adəm oğlunun daxilində qan kimi cəryandadır. Onun keçidlərini aclıqla darlaşdırın." Me`rac hədisində, Peyğəmbərdən (səlləllahu ələyhi və alih) maraqlı bir hədis nəql olunub. Peyğəmbər (səlləllahu ələyhi və alih), me`rac gecəsi öz Rəbbindən istəyib belə dedi: Ey Allah! Məni belə bir işə yönəlt ki, onunla Sənə yaxınlaşım. Buyurdu: Gecəni gündüz, gündüzünü gecə et. Soruşdu: Ey Allah, bunu necə etmək olar? Buyurdu: "Öz yuxunu namaz, yeməyini isə aclıq qərar ver. Ey Əhməd, Öz izzət və cəlalıma adn olsun ki, elə bir bəndə yoxdur ki dörd şeyin zəmanətini versin, onu cənnətə aparmayam: Dilini saxlasın və onu özünə aid olmayana görə açmasın; ürəyini vasvasdan saxlasın; Mənim ondan xəbərim olduğunu -nəzərim altında olduğunu təqdis etsin və gözünün nuru aclıqda olsun! Ey Əhməd! Kaş ki, aclığın, sükutun, xəlvətin və ondan irs aparanların (dadmış oluqları) şirinliyini dadmış olaydın! Soruşdu: Ey Allah, aclığın irsi nədir? Buyurdu: "Hikmət; qəlbi qorumaq; Tanrıya yaxınlaşmaq; daimi qəm; camaat üçün az xərcli olmaq; həqiqəti danışmaq; rahatlıq və asanlıq, yoxsa çətinlikdə yaşamasına əhəmiyyət verməmək! Ey Əhməd! Bilirsənmi bəndə hansı halda Mənə yaxınlaşır? Dedi: Xeyir, Ey Allah! Buyurdu: "Ac, yaxud səcdə halında olanda."


1) Yеddi dirhəm qiymətində bir köynək.

2) Dörd dirhəm qiymətində bir ədəd yаylıq.

3) Qаrа Хеybəri qətifə (qаrа əbа).

4) Хurmа lifindən hаzırlаnmış bir bаlış.

5) Iki Misir yоrğаnı.

6) Quru оt dоldurulmuş dörd mütəkkə.

7) Nаzik yun pərdə.

8) Bəhrеynin kəndlərindən birində tохunmuş bir ədəd həsir.

9) Çuхаdаn düzəlmiş bir nеçə kuzə.

10) Sаldаn düzəlmiş Аftаfа.

11) Əl dəyirmаnı.

12) Bir mis tеşt.

13) Su gətirmək üçün səhəng.

14) Suyu sоyuq sахlаmаq üçün bir tuluq.

15) Sахsı kаsа. ( "Bеytul-әһzаn”, sәһ. 57)

 


Qüslü iki növə ayırmaq olar:

1. Ardıcıl olaraq müəyyən bədən üzvlərinin qüslü.

2. Bütün bədənin qüslü. (Bu zaman bütün bədən suya salınmalıdır)

Qüsl iki qismdir: Vacib və müstəhəb. Müstəhəb qüsl islam şəriətində çoxdur, lakin vacib qüsllər 7-dir:

1. Cinabət üçün qüsl.

2. Meyid qüslü.

3. Meyidı toxunmaq qüslü. Əgər bir nəfər soyumuş və qüsl 

edilməmiş bədənə toxunarsa qüsl etməlidir.

4. Əhd və ya nəzir qüslü.

5. Heyz qüslü.

6. Doğumdan sonrakı qüsl.

7. Heyzdən sonra alınan qüsl.

İlkin 4 qüsl kişilər və qadınlar, son 3 qüsl isə yalnız qadınlar üçündür. İki qüsl yəni Cənabət və Meyid qüslunu yerinə yetirməyənləri göydəki mələklər hətta yerdəki torpaq belə lənətləyir..

Qüslsuz insan pak , təmizlənmiş sayılmaz buna görədə aşağıda yazılanlara toxunmaq haramdır:

1. Bədənin bir yerinin Quran xəttinə, peyğəmbər və imamların 

adına toxunması.

2. Məscidül-həram və Mədinə məscidinə daxil olmaq.

3. Başqa məscidlərdə dayanmaq və orda bir şey qoymaq.

4. Vacib səcdə lazım olan 4 surədən.

Birinin oxunması-yəni əl-Nəcm surəsi, Əqərə və Əlif. Lam.Mim, Tənzil və Səcdə. Qüsl zamanı dəstəmazda olduğu kimi niyyət lazımdır. Bədən qüsldən öncə pak olmalı,suyun bədənə yetişməsi üçün heç bir əngəl olmamalıdır. Qüslu önəmsəməyən şəxslər ya 
onu bilərəkdən gecikdirənlər günah sahibidirlər.

Biz burada İmam Əli(ə) barədə nazil olmuş 
bəzi ayələr haqqında danışacağıq,lakin bununla iş bitmir;bu,ancaq dəryadan bir damladır.

Xətib Bağdadi(Əbu Bəkr ibn Əli)sənədlərə istinad edən ravi İsmayıl ibn Cəfərdən,o da İbn Abbasdan nəql edir ki,Quranda Əli ibn Əbutalib(ə) barəsində üç yüzdən çox ayə nazil olmuşdur.(Tarixe-Bağdad,c.6,s.​22)Həmçinin,ibn Həcər və Şəblənci Əli(ə) barədə üç yüz ayə məsələsini İbn Əsakerdən və İbn Abbasdan nəql etmişlər.Təbəri və Əbu Nəim kimi bəzi qədimi alimlər də «Ma nəzl minəl-Quran fi Əli(ə)» adlı əsərlər yazmışlar.

Həqiqətən də,Əli(ə) barəsində nazil olmuş ayələr inkar edilməzdir.
Mən burada həmin ayələrin bəzilərinə toxunacağam.

1) İmam Əlinin(ə) adı Adəmə(ə) nicat verəndir.

Bəqərə surəsinin 37-ci ayəsində buyurur:

«Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrəndi».
İbn ən-Nəcar ibn Abbasdan nəql edir: «Bu kəlmələr Məhəmməd(s),
Əli(ə),Fatimə(s.ə)​,Həsən(ə) və Hüseynin(ə) adlarından ibarətdir».

Allahın şahidliyi ilə,Əli(ə),həyat yoldaşı və onların hər bir övladları çirkinliklərdən pak və təmizdirlər.

Əhzab surəsinin 33-cü ayəsində buyurur:

«Siz ey (Peyğəmbərin) ev əhli!Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz(pak)etmək istər»

Burada Əhli-beyt dedikdə Əli(ə),Fatimə(s.ə),Həsən(ə),Hü​seyn(ə) nəzərdə tutulmuşdur.
(Siyuti,Durərud-dü​rrül-mənsur,c.5,s.199 və Fəxr Razi,Təfafe-Kubra,c.6,s.783)

2) İmam Əlinin(ə) nəfsi Peyğəmbərin(s) nəfsi məqamındadır.

Ali-İmran surəsinin 61-ci ayəsində buyurur:

"(İsanın(ə) Allahın qulu və Peyğəmbəri(s) olması barədə) sənə göndərilən bilikdən sonra buna(İsanın əhvalatına) dair səninlə mübahisə edənlər olsa,onlara de: «Gəlin,biz də oğlanlarımızı,siz də oğlanlarınızı;biz də qadınlarımızı,siz də qadınlarınızı;biz də özümüzü,siz də özünüzü(bura) çağıraq.Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək».

Bu əhvalatda Peyğəmbəri-Əkrəm(s) öz nəfsini Əmirəlmöminin Əlinin(ə) nəfsinə bərabər tutmuşdur.

13 mənbə bu məsələni qeyd edir ki,mən onları sadalamıram.
(Bax:Məhəmməd Təqi Cəfərinin «Nəhcül-Bəlağə»yə yazdığı şərh,c.1.,s.197)

3). İmam Əli(ə) vəliyullahdır.

Maidə surəsinin 55-ci ayəsi buyurur:

«Sizin haminiz ancaq Allah,Onun Peyğəmbəri(s) və iman gətirənlərdir.
O kəslər ki,(Allaha)boyun əyərək namaz qılır və zəkat verirlər».

Bu ayə Həzrət Əli(ə) barədə nazil olmuşdur,çünki namaz qılan vaxt zəkat vermiş
şəxs Həzrət Əlidir(ə).Bu barədə müfəssəl bir əhvalat var ki,o barədə burada danışmaq imkanımız yoxdur.

Bu dörd ayənin şərhində Məhəmməd Təqi Cəfərinin «Nəhcül-Bəlağə»yə yazdığı şərhindən istifadə etmişik.

4) İmam Əlinin(ə) imaməti Allah tərəfindən verilmişdir.

Maidə surəsinin 67-ci ayəsi buyurur:

«Ya Peyğəmbər(s)!Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et!
Əgər (bunu) etməsən,(Allahın) risalətini yerinə yetirmiş olmazsan».

Bu ayə Əli(ə) barədə nazil olmuşdu ki,Peyğəmbəri-Əkrəm(s) Əlinin(ə) əlindən tutdu və buyurdu:

«Mən kimin mövlasıyam,Əli(ə) də onun mövlasıdır».
Bu,dediyimizə sübutdur.Bu ayə İmam Əlinin(ə) imamlığının Allah tərəfindən verildiyini təsdiq edir.

5) Allah Quranda Əlini(ə) sevməyi əmr edir.

Şura surəsinin 23-cü ayəsində buyurur:

(Ya Peyğəmbər!) De: «Mən bunun (risaləti təbliğ etməyimin) müqabilində 
yaxınlarımı (Əhli-Beytimi) sevməkdən başqa heç bir şey istəmirəm».

Zəməxşəri «Təfsiri-Kəffaş»ında,Gənci Şafei «Kifatətüt-Talib»ində və s.

yazırlar ki,bu ayə nazil olan kimi Peyğəmbərdən(s) soruşdular:
«Sizin, sevməyimiz vacib sayılan yaxınlarınız kimlərdir?»Peyğəmbər(s) buyurdu: "Əli,Fatimə və oğulları."

6) İmam Əli(ə) Quran elminin sahibidir.

Rəd surəsinin 43-cü ayəsində buyurur:

«De: (Mənim öz risalətim üçün iki ilahi şahid vardır:biri)Allahdır ki,mənim
və sizin aranızda şahidlik etməyə kifayətdir və ikincisi,Quran elminin sahibi olan şəxsdir.»

Əbu Səid Xodri deyir: «Rəsulallahdan(s) xəbər aldım: „Quran elminin
sahibi olan şəxs kimdir?"Buyurdu: „O şəxs qardaşım Əli ibn Əbutalibdir."

7) İmam Əli(ə) Peyğəmbərin özünün dəlilidir.

Hud surəsinin 17-ci ayəsi buyurur:

»Məgər Rəbbinin açıq-aydın bir dəlilə istinad edən,ardınca Allahdan bir şahid gələn..."

Bütün tarixçilər yazırlar ki,bu ayədə «dəlil» və "şahid" ifadələrində Həzrət Əli(ə) nəzərdə tutulmuşdur.

8) İlahi mükafat İmam Əli(ə) üçündür.

Bəqərə surəsinin 274-cü ayəsi buyurur:

«Mallarını gecə və gündüz,gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır.Onların(axirətdə) heç bir qorxusu yoxdur.»

Xarəzmi,Səalibi,Maliki,Əbu Nəim və b. İbn Abbasdan nəql etmişlər ki,Əlinin(ə) hər gün yanında 4 dirhəmi olardı;onlardan birini gecə(Allah yolunda),birini gündüz,birini gizli və birini də aşkar surətdə sədəqə verərdi.Ona görə bu ayə Əli(ə) barədə nazil oldu.

9) İmam Əli(ə) Allah rizası üçün canını fəda edər.

Bəqərə surəsinin 207-ci ayəsində buyurur:

"İnsanların elələri də vardır ki,Allahın razılığını qazanmaq yolunda(Allah rizası üçün) canını fəda edər."

Səalibi öz təfsirində İbn Abbasdan rəvayət edir ki,Peyğəmbərin(s) hicrət gecəsi Əli(ə) onun yatağında yatdı ki,Peyğəmbəri(s) təhlükədən xilas etsin.Bu ayə də o Həzrətin(ə) şəninə nazil oldu.
(Yənəbiül-müvəddət,s.92,K​ifayətüt-talib,s.239)

10) İmam Əli(ə) yaradılmışların ən yaxşısıdır.

Bəyyinə surəsinin 7-ci ayəsi buyurur:

"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşısıdır."

Müqatil ibn Səlman Məhakdan,o da İbn Abbasdan nəql etmişdir ki,bu ayə Əlinin(ə) və onun Əhli-Beytinin şəninə nazil olmuşdur.

11) Qiyamət günü Əlinin(ə) vilayəti barəsində soruşacaqlar.

Saffat surəsinin 24-cü ayəsi buyurur:

«Onları yubadıb saxlayın,çünki sorğu-sual olunacaqlar.»

Əbu Səid Xodri Peyğəmbərdən(s) nəql edir ki,sorğu-sual olunacaq şey Əlinin(ə) vilayətidir.
(Şəvahidüt-tənzil,​c.1,səh.107,Səvayeqül-məhqərə,​s.89)

12) İmam Əli(ə) «Allahın ipi»dir.

Ali-İmran surəsinin 103-cü ayəsi buyurur:

«Hamınız bir yerdə Allahın ipinə möhkəm sarılın və ayrılmayın!»

«Mənaqibül-faxirət» kitabının müəllifi Abdullah, ibn Abbasdan rəvayət edir ki,bir ərəb Peyğəmbərdən(s): «Allahın ipi kimdir?» deyə soruşdu.Peyğəmbər(s) üzünü Əliyə(ə) tutub buyurdu: «Bu şəxsdən yapışın ki,o,möhkəm ipdir.»
(Kifayətül-xisan,s.343)

13) İmam Əli(ə) hər tayfanın yol göstərənidir.

Rəd surəsinin 17-ci ayəsi buyurur:

(«Sən ancaq insanları Allahın əzabı ilə)qorxudansan.Hər tayfanın(doğru yol göstərən) bir rəhbəri vardır».

Sünni əhli tərəfindən 7 hədis nəql olunmuşdur ki,bu ayədə «munzir» sözü ilə Peyğəmbər(s) və «hadi» sözü ilə Əli(ə) nəzərdə tutulmuşdur.Maliki də «Füsulül-mühimmə»də yazır ki,bu ayə nazil olan kimi,Peyğəmbər(s) buyurdu: «Mən qorxudanam və Əli(ə) doğru yol göstərəndir:Ya Əli(ə),sənin vasitənlə doğru yol tapanlar hidayət olunurlar.»(s.122)

14) İmam Əli(ə) möminlərin salehi və Peyğəmbərin(s) yavəridir.

Təhrim surəsinin 4-cü ayəsi buyurur:

«Onun mövlası Allah,yardım göstərənləri isə Cəbrail(ə),əməlisaleh möminlər və bundan sonra da bütün mələklərdir.»

Müfəssirlər və sünni əhlinin böyük alimləri yazmışlar ki,Peyğəmbər(s) buyurmuşdur: «Bu ayədə 

»əməlisaleh möminlər" ifadəsi Əlini(ə) nəzərdə tutur.

Bu ayənin izahında Fəzlullah Kompaninin "Əli(ə) kimdir?" kitabından istifadə olunmuşdur.Bunlardan başqa digər ayələr də vardır ki,onlar haqqında danışmaq imkanımız yoxdur.Biz burada onların yalnız bir neçəsinə ötəri işarə edəcəyik:

1.Bəqərə surəsi,ayə 43;

«Rüku edənlərlə birlikdə rüku edin.»
Bu ayə Peyğəmbər(s) və Əli(ə) haqqıda nazil olmuşdur.
Onlar namaz qılan və rüku edən ilk müsəlmanlar idilər.
(Müvəffəq ibn Əhməd və Əbu Nəim ibn Abbasdan nəqlən)

2.İnsan surəsi,ayə 1;

"İnsanın elə dövrü olub keçmişdir ki..."

Bu ayə Əli(ə),Fatimə(ə),Həsən(ə),Hüse​yn(ə) haqqında nazil olmuşdur.

3.Vaqiə surəsi,ayə 10;

«Və bir də öndə olanlar,onlar Allaha yaxındırlar.»

Burada Əli(ə) və onu sevənlər nəzərdə tutulmuşdur.

4.Furqan surəsi,ayə 54;

"İnsanları sudan(nütfədən) yaradan,onları (bir-biri ilə)

əsl qohum(qan qohumu) və sonradan qohum edən Odur."

Bu ayədə Əli(ə) və Fatimə(ə) nəzərdə tutulmuşdur.

5.Zumər surəsi,ayə 33;

«Haqqı gərilənlər və onu təsdiq edənlər isə əsl müttəqilərdir.»

Bu ayədəki «onu təsdiq edənlər» ifadəsi Əliyə(ə) aiddir.