Главная » Файлы » Мои файлы |
14-cü məsum!
04.01.2014, 16:26 | |
Adı: Muhəmməd Atası: İmam Həsən Əskəri (ə) Anası: Nərgiz xanım Babası: İmam Əli əl-Hadi (ə) Viladəti: Hicrətin 255-ci ili, şəban ayının 15-də Samirra şəhərində dünyaya gəlmişdir Künyəsi: Əbul Qasim Ləqəbləri: əl-Məhdi, əl-Qaim, əl-Muntəzir, Sahibəz-zaman, əl-Huccə, əl-Xatim, Sahibud-dar İmaməti: Hicrəti 260-ci ili atası imam Həsən Əskərinin şəhadəti günü 5- yaşında ikən imam təyin edilmişdir Üzüyunun nəqşi: Ənə huccətuhu və xassətuhu Bayrağı: Üzərində yazılmışdır; əl-Beyətu lillah Qeybə çəkilməsi: İmam Məhdinin (ə) iki qeybi olmuşdur: Kiçik qeybi: Müddəti 69 il olmuşdur. Bu müddətdə özünə 4 naib təyin etmişdir ki, onunla tərfdarları arasında vasitəçilik etmişdirlər. Onlar aşağıdakı şəxslərdən ibarət olmuşlar: Əbu Amr Osman ibn Səid ibn Amr əl-Amiri əl-Əsədi. İmam Hadi (ə) və imam Əsgərinin vəkili omuşdur. Muhəmməd ibn Osman ibn Səid. (hic,304-cu ili vəfat etmişdir). Əbul Qasim əl-Hüseyn ibn Ruh ibn Əbi Bəh əl-Nubəxti. (hic , 326-cu ili vəfat etmişdir). Əbul-Həsən Əli ibn Muhəmməd əs-Səməri. (hic, 329-cu ili vəfat etmişdir). Böyük qeybi: Axırıncı naib vəfat etdikdən sonra başlamışdır və Allahın izni ilə Zühur etdiyi vaxta qədər davam edəcəkdir. Zühur edəcəyi məkan: Məkkə Müsəlmanların ona beyət edəcəyi yer: Məkkədən �Məqam və Rüknun� arası Xüsusi əshabları: 313 kişi, O həzrətin xüsusi köməkçiləri olacaqdırlar Ordusu: 10 min Hakimiyyəti: Bütün dünya aləminin hakimi olacaqdır. Allahın Rəsulu (s) bu barədə mənaca eyni, lakin ləfz etibarı ilə müxtəlif-müxtəlif hədislər buyurmuşdur: �Qiyamət gününə bir gün belə qalmış olsa, Allah həmin günü uzadacaq və Fatimənin nəslindən bir şəxs Zühur edəcək adı mənim adım, yer uzərində ədalətlə bərpa edəcək�. Hakimiyyət müddəti: Çoxlu rəvayətlərə görə 20 ildən az olacaq | |
Просмотров: 168 | Загрузок: 0 | |
Всего комментариев: 0 | |